- Baxış sayı: 35
- 19 İyun 2026 20:30
- Baxış sayı: 43
- İyun 19, 2026
- 0

Ukrayna kubokunda 2020/21 mövsümünün qalibi bəlli olub. Allsport.az xəbər verir ki, finalda Kiyev “Dinamo”su ilə “Zarya” komandaları qarşılaşıb.
Matçın əsas vaxtında qapılara qol vurulmayıb. Əlavə vaxtda 1 qol vuran “Dinamo” 1:0 hesablı qələbə qazanıb. Kiyev təmsilçisi bu qələbə ilə Ukrayna kubokuna yiyələnib.
Mirça Luçeskunun rəhbərlik etdiyi komanda bu mövsüm premyer liqanı da qalib başa vurub.