“Dinamo”nun yarımmüdafiəçisinə elçi düşüb

“Lion” klubu “Dinamo”nun yarımmüdafiəçisi Daniil Fomin ilə maraqlanır. Allsport.az saytı xəbər verir ki, fransızlar moskvalılara 8 milyon avro və əlavə bonuslar təklif edirlər.

Tərəflər artıq danışıqlar aparır. 26 yaşlı futbolçu 2020-ci ilin yayından “Dinamo”da çıxış edir. “Mavi-ağlar”la müqavilə 2025-ci ilin yayına qədər qüvvədədir.

Yarımmüdafiəçi ötən mövsüm 38 oyuna çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan