- Baxış sayı: 29
- 20 Avqust 2026 23:20

- Baxış sayı: 98
- Avqust 20, 2026
- 0


“İnter Mayami”nin hücumçusu Lionel Messi cari MLS mövsümünün “Filadelfiya Yunion”la matçında yaşanan insidentə görə diskvalifikasiya oluna bilər.
Allsport.az xəbər verir ki, qarşılaşma ərzində argentinalı ulduz rəqibin yarımmüdafiəçisi Kuinn Sallivanla mübahisə edib.
Sosial şəbəkələrdə geniş yayılan görüntülərdə 39 yaşlı hücumçunun yanından keçən Sallivana söz atdığı və ardından onun üzünə yüngül şillə vurduğu yer alıb.
MLS reqlamentinə əsasən, liqanın intizam lomitəsi matçdan sonra qırmızı vərəqə verilməyən, lakin buna əsas yaradan epizodları araşdırmaq, oyunçulara diskvalifikasiya və ya pul cəzası kəsmək hüququna sahibdir. Qaydalarda xüsusilə rəqibin üz, baş və ya boyun nahiyəsinə toxunmaqla münaqişəni alovlandıran hərəkətlər xüsusi mahiyyət daşıyır.
Sözügedən qarşılaşmada 2:2 hesablı heç-heçə qeydə alınıb. Messi bu oyunda bir qolla yadda qalıb.