- Baxış sayı: 31
- 05 May 2026 21:09
- Baxış sayı: 128
- May 04, 2026
- 0

Ukrayna liqa Pari-Matçında 31-ci turun görüşləri baş tutub. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Dmitri Nağıyevin formasını geyindiyi “Dnepr” rəqib meydanında “Vorskla” ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyunda uduzub (0:1). Start heyətdə meydana çıxan həmvətənimiz 81-ci dəqiqədə əvəzlənib. “Göy-ağ mavilər” yüksək dəstədə qalmaq uğrunda mübarizə aparan “ikinci altılıq” arasında 22 xalla 5-ci yerdədir.
“Karpatı” mövsümün başa çatmasına 1 tur qalmış xallarının sayını 27-ə çatdıraraq əlçatmaz olub. Bu o deməkdir ki, “Dnepr” elita ilə əməli olaraq vidalaşıb.