- Baxış sayı: 37
- 05 May 2026 20:02
- Baxış sayı: 123
- May 04, 2026
- 0

Sloveniya çempionatında 34-cü turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun çıxış etdiyi “Domjale” doğma meydanda “Zavrç” ilə qarşılaşıb.
Matç qolsuz başa çatıb – 0:0. Həmvətənimiz bu görüşün 76-cı dəqiqəsində meydana buraxılıb. “Domjale” geridə qalan turlarda topladığı 54 xalla üçüncü pillədə qərarlaşıb.