Dünya çempionatında iştirak edəcək karateçilərimiz müəyyənləşdi

Azərbaycan karate federasiyasının nəzdində fəaliyyət göstərən milli karate federasiyasının idmançıları Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatında iştirak edəcəklər. Komandamız mudiala hazırlığını başa vurmaq üzrədir.

Allsport.az xəbər verir ki, ölkəmiz yarışda 18 karateçi ilə mübarizə aparacaq. Kumite yarışlarında Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Fərid Ağayev (75 kq), Turqut Həsənov (84 kq), Asiman Qurbanlı (+84 kq), Fidan Teymurova (50 kq), Mədinə Sadıqova (55 kq), Renata Ərəbli (61kq) və İrina Zaretska (68 kq) qüvvəsini sınayacaq.

Kişilərin komanda yarışlarında Firdovsi Fərzəliyev, Rafiz Həsənov (hər ikisi 67 kq) və Murad Hacızadə (+84 kq) də yığmaya qoşulacaq. Qadın karateçilərin mübarizəsində isə fərdi yarışlarda qüvvəsini sınayacaq təmsilçilərimiz döyüşəcəklər.

Katada, Roman Heydərov bacarığını nümayiş etdirəcək.
Parakaratedə məşqçilər heyəti Nihat Məmmədzadə, Eldar Əhmədov, Emiliya Mitlinova, Xalıqov Vidadi və Ariana Mitlinovaya güvənəcəklər.

Həmin kateqoriyadan