- Baxış sayı: 23
- 02 Noyabr 2026 13:35
- Baxış sayı: 271
- Oktyabr 25, 2026
- 0

Futbol üzrə 2034-cu il dünya çempionatı qışda keçirilə bilər.
Allsport.az xəbər verir ki, mundiala ev sahibliyi etmək üçün müraciət edən yeganə ölkə Səudiyyə Ərəbistanıdır. Ev sahibliyi ilə bağlı rəsmi qərar dekabrın 11-də FİFA-nın konqresində veriləcək.
Səudiyyə Ərəbistanında yay istisini nəzərə alsaq, dünya çempionatının yayda deyil, qışda keçirilməsi ehtimalı yüksəkdir.
Turnirin Ramazan ayı ilə üst-üstə düşməməsi üçün dünya çempionatının yanvarın əvvəlində başlaması variantı müzakirə edilir.