- Baxış sayı: 21
- 31 Avqust 2026 15:43
- Baxış sayı: 119
- Avqust 30, 2026
- 0

“Çelsi” heyətini yeni futbolçu ilə gücləndirib.
Allsport.az xəbər verir ki, komanda “Aston Villa”nın qapıçısı Emiliano Martinezi transfer edib.
Razılaşmaya əsasən, argentinalı qolkiper London təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.
“Zadəganlar” 33 yaşlı qapıçının keçidi üçün “Aston Villa”ya 7,5 milyon funt sterlinq ödəyib.
Martinez 2020-ci ilin sentyabrından “Aston Villa”da çıxış edirdi. O, bu müddətdə bütün turnirlərdə 256 oyuna çıxıb və 80 matçda qapısını toxunulmaz saxlayıb.
Emiliano 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Argentina millisinin heyətində mundialın qalibi olub.