Dünya çempionu Çingiz Alazov mətbuat konfransı keçirəcək

Dekabrın 23-ü Trend İnformasiya Agentliyində tay boks və K-1 üzrə 10 qat dünya, 3 dəfə Avropa çempionu Çingiz Allazovun mətbuat konfransı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, məşhur idmançımız indiyə qədər karyerasında 47 görüş keçirib. Bunlardan 45-də qələbə qazanıb, iki dəfə məğlubiyyət acıcı yaşayıb. 29 görüşdə nokautla qələbə qazanıb.

Tədbirdə K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi Elnur Məmmədov da iştirak edəcək. Toplantıda idmançımız Bakıda keçiriləcək yarışda iştirakla bağlı müqaviləyə imza atacaq və jurnalistlərin suallarına cavab verəcək. Tədbir saat 12-00-da başlayacaq.

Həmin kateqoriyadan