Dünya Kubokunda 3-cü yer uğrunda görüşdə Xorvatiya millisi Mərakeşə qalib gəlib

Bu gün Qətərdə dünya çempionatında 3-cü yerin sahibi bilinib. Allsport.az saytı xəbər verir ki, “Xəlifə” stadionunda bürünc medal uğrunda görüşdə Xorvatiya və Mərakeş komandaları üz-üzə gəliblər.

Hesabı 7-ci dəqiqədə Yosko Qvardiol açıb, amma cəmi 2 dəqiqə sonra Əşrəf Dari hesab arasında tarazlığı bərpa edib. Maraqlıdır ki, hər 2 qol standart vəziyyətdən, 2 ötürmədən sonra, özü də kəllə ilə vurulub.

Təzyiqi artıran “damalılar” 42-ci dəqiqədə Mislav Orsiçlə yenidən önə keçiblər.

2-ci yarı da qarşılıqlı hücumlar şəraitində keçsə də, qapılara qol vurulmayıb və Xorvatiya millisi dünya Kubokunun bürünc medalına sahib olub.

Həmin kateqoriyadan