Dünya kubokundan 4 mükafatla

Xorvatiyanın Umaq şəhərində keçirilən dünya kubokunda gənclədən ibarət seçmə komandamızdan Müseib Məmmədov (55 kq) və Fidan Teymurova (48 kq)  gümüş medal qazanıblar. Allsport.az saytı xəbər verir ki, Fərid Ağayev (52 kq) isə yeniyetmələr arasında bürünc mükafata sahib olub. Azyaşlılar arasında çıxış edən perspektivli Gəncə idmançısı Fərid Savadov da 3-cü yer tutub.

Milli Karate Federasiyasının prezidenti, Dünya Karate Federasiyası texniki komitəsinin üzvü və Avropa Karate Federasiyası idarə heyətinin üzvü Yaşar Bəşirov nüfuzlu yarışın mükafatlandırma mərazimində iştirak edib.

2018-ci il yeniyetmələrin olimpiadasında karate yarışlarına lisenziya verən 3 rəsmi yarışdan birincisi olan Dünya Kubokunda idmançılarımız təəssüf ki, uğursuz çıxış ediblər. Dünya kubokunda 64 ölkəni təmsil edən 350 klub və seçmə komandanın tərkibində 2059 karateçi iştirak edib.

Maliyyə çətinliyi səbəbindən seçmə komandamız yarışda tam heyətlə iştirak edə bilməyib. Növbəti lisenziya yarışı payızda İspaniyada dünya çempionatı olacaq.

Həmin kateqoriyadan