Dünya şöhrətli karateçilərimiz Parisdə premyer liqada mübarizə aparacaq

Kişi və qadın karate millilərimiz 26-28 yanvarda Parisdə Karate1 premyer liqasında iştirak edəcəklər. Allsport.az saytı xəbər verir ki, AMKF-nin prezidenti Yaşar Bəşirov, 1-ci vitse-prezident Fərid Əsgərov və baş katib Mirhəsən Seyidov Fransaya yola düşən rəsmi heyətin tərkibindədir.

Dünya Karate Federasiyasının (WKF) bu nüfuzlu liqa yarışında 15 karateçimiz mübarizə aparacaq. Federasiyanın baş hakimi və beynəlxalq hakim Cahangir Babayev, milli komandanın məşqçiləri Vahid Ayvazov, Qurban Tağıyev, Şahin Xudaverdiyev və Anar Allahverdiyev bəzi çəkilərdə iki idmançını sınaqdan keçirməyə üstünlük verib.

Firdovsi Fərzəliyev, Tural Ələkbərli (hər ikisi – 60 kq), Niyazi Əliyev, Tural Ağalarzadə (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev, Turqut Həsənov (84kq), Şahin Atamov, Asiman Qurbanlı, Əli Cəfərov (+84kq), Roman Heydərov (kata), eləcə də Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq) və Fəridə Əliyeva medal qazanmaqla bərabər, dünya reytinq xallarını artırmağa çalışacaqlar.

Həmin kateqoriyadan