Dünya şöhrətli karateçilərimiz Rabat premyer liqasına yollanır

Milliniz mayın əvvəli Avropa çempionatı qabağı son hazırlıq yarışına yollanır. Allsport.az saytı xəbər verir ki, komanda 6-8 apreldə Mərakeş paytaxtında karate1 premyer liqasına qatılacaq. WKF-in nüfuzlu yarışlar seriyasından olan Rabat mərhələsində 18 idmançımız mübarizə aparacaq.

AMKF-nin prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə baş məşqçi Şahin Xudaverdiyev, qadınlarda böyük məşçqisi Anar Allahverdiyev, məşqçilər Rəşad Hüseynov və Denis Morozov, həmçinin beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kəimov da var.

Məşqçilər heyəti fərdi kata və kumite, eləcə də komanda kata yarışlarında 18 idmançılımızın çıxış etməsini məqbul sayıb. Firdovsi Fərzəliyev (60 kq), Tural Ağalarzadə, Rafiz Həsənov (hər ikisi – 67 kq), Rafael Ağayev (75 kq), Turqut Həsənov, Pənah Abdulayev (84 kq), Asiman Qurbanlı, Şahin Atamov və Əli Cəfərov (+84 kq) kişilərin fərdi kuite turnirinə qatılacaqlar. Qadınların yarışında Nuranə Əliyeva, Fidan Teymurova (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq) və İrina Zaretska (68 kq) çıxış edəcəklər.

Kata turnirində Roman Heydərov fərdi yarışda, Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət heyət isə komanda çıxışlarında iştirak edəcək. Rabat premyer liqasında 75 ölkədən 545 kimono ustası mübarizə aparacaq.

Həmin kateqoriyadan