Dünyanın ən varlı müğənnisi ulduz futbolçu ilə evləndi

Dünyanın ən varlı müğənnisi ulduz futbolçu ilə evləndi

Amerikanın məşhur müğənnisi Teylor Svift və ABŞ-ın amerikan futbolu ulduzu Trevis Kelsi ailə həyatı qurub.

Allsport.az xəbər verir ki, dünyanın ən varlı müğənnilərindən hesab olunan Svift uzun müddətdir münasibətdə olduğu NFL təmsilçisi ilə nikaha daxil olub.

Trevis Kelsi NFL-də “Kanzas Siti Çifs”in formasını geyinir və müasir dövrün ən güclü tayt-endlərindən biri hesab olunur. O, 2013-cü il draftında yalnız üçüncü raundda seçilsə də, karyerası ərzində üç dəfə Super Boul çempionu olub, dəfələrlə mövsümün rəmzi komandasına düşüb və bir sıra rekordlara imza atıb.

Həmin kateqoriyadan