Edi Reskiyə zədə mane oldu, 2200 reytinq xalı qazandı

İtaliyanın Milan şəhərində “Italian International 2019” turnirinə yekun vurulub.

Allsport.az xəbər verir ki, kişi badmintonçuların şəxsi yarışında çıxış edən Edi Reski Dviçayo “International Challenge” kateqoriyalı turnirdə mübarizəyə əsas mərhələdən başlayıb. 1/16 finalda Almaniya təmsilçisi Samuel Hsiaoya 2:1 (15-21,21-16,22-20) hesabı ilə qalib gələn Edi 1/8 finalda Avropa bamdintonunun ulduzu, son qitə çempionatının finalçısı fransalı Brays Leverdezlə qarşılaşıb. Badmintonçumuz gərgin və maraqlı mübarizə şəraitində keçən görüşdə turnirin 1 nömrəli reytinq favoriti, son iki olimpiadanın iştirakçısını məğlub etməyi bacarıb – 2:1.

1/4 finalda digər Fransa badmintonçusu Lukas Korvi ilə qarşılaşan Edi ayağındakı ağrılar səbəbindən görüşü yarımçıq dayandırmaq məcburiyyətində qalıb. 1/4 finalda mübarizəni dayandıran Edi hesabına 2200 reytinq xalı yazdırıb.

Həmin kateqoriyadan