Edi Reskinin qələbə şərhi

“Italian International 2019” turnirinin 1/8 finalında son Avropa çempionatının finalçısı, fransalı Brays Leverdezə 2:1 hesabı ilə qalib gələn badmintonçumuz Edi Reski Dviçayo oyundan sonra görüşlə bağlı fikirlərini bölüşüb.

Allsport.az xəbər verir ki, o, qələbəni şərh edib:

“Çox sevincliyəm. Bu inanılmazdır! Mən sadacə oyundan zövq almağa çalışırdım. Oyundan öncə fikirləşirdim ki, bu görüşdə qələbə qazana bilərəm. 3-cü setdə mən 17-14 hesabı ilə irəlidə olanda, Leverdez təcrübəsi hesabına oyunu bərabərləşdirməyi bacardı. Bu məqamda bir qədər gərgin idim. Çünki oyunun taleyi həll olunurdu. Buna baxmayaraq, müdafiə olunanda və hücum edəndə vəziyyəti düzgün dəyərləndirməyi bacardım”.

Həmin kateqoriyadan