Edi Xarkovda 2-ci yer tutdu, hesabına 3400 əmsal xalı əlavə etdi

Edi Reski Dviçayo Ukraynanın Xarkov şəhərində keçirilən yarışda uğurlu çıxış edib. Allsport.az saytı xəbər verir ki, badmintonçumuz əsas mərhələdə Lino Munyoz (Meksika), Sankirs (Kanada), Toma Junior Popov (Fransa) və Tobi Pentini (İngiltərə) məğlub edib. 3 set davam edən hər bir qarşılaşma milli üzvünün 2:1 qələbəsi ilə başa çatıb.

Adları çəkilənlər Dünya Badminton Federasiyasının reytinqində ilk 100-lükdə qərarlaşıblar. Edi finalda Niderlandlı Mark Kaljouya 0:2 (15-21, 10-21) uduzub. 68 badmintonçunun mübarizə apardığı şəxsi rəqabətdə təmsilçimiz 3400 əmsal xalı da qazanıb.  

Həmin kateqoriyadan