Ekstremal növlər üzrə ölkə çempionumuz faciəvi şəkildə dünyasını dəyişib

Dağadırmanma, qayayadırmanma və buzadırmanma üzrə Azərbaycan çempionu Reyhan Məmmədova faciəvi şəkildə dünyasını dəyişib. Allsport.az saytı xəbər verir ki, idmançı avtomobil qəzasına düşüb.

Dünən axşam saatlarında Xətai rayonu Zığ şosesində – SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında Əlifağa Məmmədov idarə etdiyi “BMW” markalı, 90 XU 928 dövlət nömrə nişanlı maşınla yolu keçən 1995-ci il təvəllüdlü Reyhan Məmmədovanı vurub. O, aldığı xəsarətdən hadisə yerindəcə haqq dünyasına köçüb.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının vitse-prezidenti Arzu Mustafayev BakuPost.az-a faktı təsdiqləyib. Bildirib ki, o, bu sahə üzrə tanınmış idmançı İlqar Məmmədovun qızıdır. Faktla bağlı araşdırma aparılır.

Həmin kateqoriyadan