“Əl-Hilal”da ayrılıq rəsmiləşdi

“Əl-Hilal”da ayrılıq rəsmiləşdi

Fransalı təcrübəli hücumçu Kərim Benzema Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan ayrılıb.

Allsport.az xəbər verir ki, 38 yaşlı forvard bu barədə sosial media hesabında vida paylaşımı edib.

O, müraciətində komanda yoldaşlarına, məşqçilər heyətinə, klub rəhbərliyinə və azarkeşlərə təşəkkür edərək “Əl-Hilal”a gələcək fəaliyyətində uğurlar arzulayıb.

Peşəkar karyerasına “Lion”da başlayan və Madrid “Real”ı ilə 5 çempionlar liqası daxil olmaqla 25 titul qazanan 2022-ci ilin “Qızıl top” qalibi 2023-cü ilin yayında “Əl-İttihad”a transfer olunmuşdu. Çempionluq və kubok sevinci yaşadığı “Əl-İttihad”dan 2026-cı ilin fevralında ayrılan Benzema son olaraq “Əl-Hilal”ın şərəfini qoruyurdu.

Həmin kateqoriyadan