Elxan Məmmədov: “Yaxşı nəticə qazanmaq mümkündür”

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov millətlər liqasının püşkünü dəyərləndirib. Allsport.az xəbər verir ki, qurum rəsmisi rəqiblər barədə danışıb:

“Eyni səviyyəli komandalarla bir qrupda yer almışıq. Monteneqro millisini nisbətən güclü rəqib hesab etmək olar. Bu komandanın C liqasının 1-ci səbətində yer alması da fikrimi təsdiqləyir.

Bizi maraqlı bir yarış gözləyir. Milli komandamıza uğurlar arzulayıram. Təbii ki, əsas məqsədimiz hər oyunda 3 xal qazanmaq olacaq. Bu cür qrupda mübarizə aparmaq və yaxşı nəticə qazanmaq mümkündür”.

Həmin kateqoriyadan