Əməliyyat olunub

Əməliyyat olunub

Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub.

Allsport.az xəbər verir ki, UEFA konfrans liqasının III təsnifat mərhələsində “Dinamo” (Kiyev, Ukrayna) ilə cavab oyununda zədələnən müdafiəçinin əməliyyatı uğurla başa çatıb.

Avqustun 13-də keçirilən qarşılaşmada zədə alan futbolçunun sol budunun arxa əzələ qrupuna (hamstring) daxil olan yarımvətərli əzələsinin distal vətərində zədələnmə aşkarlanıb.

Elvin Cəfərquliyevin müalicə və bərpa prosesi “Qarabağ”ın tibbi heyətinin nəzarəti altında davam etdiriləcək.

Həmin kateqoriyadan