Emil Balayev Qazaxıstana dönür?

“Qarabağ”ın qapıçısı Emil Balayev karyerasını yenidən Qazaxıstanda davam etdirə bilər. Allsport.az saytı xəbər verir ki, millinin üzvü ilə “Aktobe” maraqlanır. 

Premyer liqa klubunun 27 yaşlı qolkiperə təklif göndərdiyi və onun da Qazaxıstana qayıtmaq istədiyi bildirilib. Ancaq “Aktobe”nin digər namizədləri də nəzərdən keçirdiyi qeyd olunub. Üstəlik, Emilin keçidinə “Qarabağ”ın əsas qapıçısı Şahruddin Məhəmmədəliyevin zədələnməsi mane olur. 

Balayev 2019-cu ildə “Tobol” klubunda çıxış edib.

Həmin kateqoriyadan