- Baxış sayı: 36
- 17 Sentyabr 2026 23:03
- Baxış sayı: 73
- Sentyabr 17, 2026
- 0

Qazaxıstan premyer liqasında 32-ci turun oyunları keçirilib.
Allsport.az xəbər veri ki, Azərbaycan millisinin qapıçısı Emil Balayevin çıxış etdiyi “Tobol” “Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukun çalışdırdığı “Astana”nın qonağı olub. Matç “Astana”nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qələbə sayəsində Qriqorçukun kollektivi sona bir tur qalmış çempion olub.
“Tobol” 60 xalla 4-cü pillədə qərarlaşıb. Kostanay təmsilçisi Avropa Liqasına vəsiqə qazanmaq üçün son turda “Aktobe”ni məğlub etməli, “Ordabası” isə evdə “Taraz”a məğlub olmalıdır.