“Emin Mahmudovun zərbəsi öldürücü idi”

“2:1 hesabı ilə qalib gəlsəydik, indi fərqli söhbət edirdik. Qələbə qazana bilmədiyimiz üçün özümüzü təpikləyirik. Çoxlu qol epizodları yaratdıq. 3:1 və ya 4:1 hesablı qələbəyə layiq idik”.

Allsport.az xəbər verir ki, bu fikirləri futbol üzrə İrlandiya millisinin baş məşqçisi Stiven Kenni Azərbaycan yığması ilə 1:1 hesablı heç-heçə etdikləri DÇ-2022-nin seçmə oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis Emin Mahmudovun ilk hissədə vurduğu qol haqqında bunları söyləyib: “Mahmudov cərimə meydançasının kənarından baxımlı qola imza atdı. Onun bu cür zərbələri necə yerinə yetirdiyini daha əvvəl görmüşük. Futbolçunun önünü bağlamalı idik, sadəcə, edə bilmədik. Bu, öldürücü zərbə idi”.

Həmin kateqoriyadan