- Baxış sayı: 48
- 08 Noyabr 2026 10:36
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Rəvan”ın baş məşqçisi Emin Quliyev Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Çempionatda ən bərbad oyunumuzu oynadıq. Əlimdə olan futbolçular bunlardır. Bəzi mövqelərə oyunçular istəmişdim, alınmadı. Çatışmazlıqlarımız var. Futbolçularımın bacardıqları budur. Əhval-ruhiyyə aşağı səviyyədədir. Ardıcıl məğlubiyyətlərdən sonra vəziyyət yaxşı deyil”.