- Baxış sayı: 68
- 07 Avqust 2026 18:33
- Baxış sayı: 220
- Avqust 05, 2026
- 0

“Rəvan”ın baş məşqçisi Emin Quliyev Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“İlk hissədə oyunçularımdan narazı qalsam da, ikinci hissəyə görə onlara təşəkkür edirəm. Müdafiədə problemlərimiz var, bunu həll etməliyik. Biz qolu rəqibə hədiyyə edirik. Hələlik, komandada hücumçu yoxdur, ona görə də məcburiyyətdən Fəridi oynadıram”.