- Baxış sayı: 34
- 05 Dekabr 2024 21:07
- Baxış sayı: 94
- Dekabr 05, 2024
- 0
“Rəvan”ın baş məşqçisi Emin Quliyev Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Oyun maraqlı keçdi. Bir daha vurğulayım ki, biz 20 günə komanda formalaşdırmışıq. Çatışmayan cəhətlərimiz çoxdur. Bunların üzərində işləmək lazımdır. Mən hakimlərdən çox narazıyam. Məncə, həmin epizodda penalti yox idi. Bunu aydınlaşdıracağıq. Amma baxanlar penaltinin olmadığını deyir. Ümumilikdə götürsək, komandamı 1 xal münasibəti ilə təbrik edirəm. “Xəzər Lənkəran” komandasına isə uğurlar arzulayıram”.