Emmanüel Makron: Paris-2024-ün açılışı Sena çayı üzərində olacaq

Paris-2024-ün açılışı Sena çayı üzərində barjalarda olacaq. Allsport.az saytı xəbər verir ki, bunu Tokio-2020 yay olimpiya oyunlarında eyni mərasimində iştirak etmiş Fransa prezidenti Emmanüel Makron deyib.

Ölkə başçısı, təşkilat komitəsinin prezidenti Toni Estangenin komandasının, eləcə də digər kollektivlərin və dövlət xidmətlərinin birgə fəaliyyəti nəticəsində, tədbirin bənzərsiz və yenilikçi olacağını qeyd edib:

“İstəyirik ki, açılış mərasimi həqiqətən də populyar, hamıya açıq olsun. Təcrübə baxımından bənzərsiz, çox yenilikçi və fransızlar üçün mənası olsun, dünyaya mesaj versin”.

Həmin kateqoriyadan