Əmrəlinin komandasında yeni baş məşqçi

Əmrəlinin komandasında yeni baş məşqçi

Mahir Əmrəlinin çıxış etdiyi “Rakuv”un yeni baş məşqçisi məlum olub.

Allsport.az xəbər verir ki, komandanı David Şulçek çalışdıracaq.

36 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib. Şulçek daha əvvəl bu klubda köməkçi məşqçi vəzifəsində çalışırdı.

“Rakuv” ötən gün David Kroçeklə yollarını ayırıb.

Həmin kateqoriyadan