“Ən çox rəqabət üçün darıxacağam”

“Ən çox rəqabət üçün darıxacağam”

NBA-nın 4-qat çempionu Lebron Ceyms karyerasını başa vurduqdan sonra ən çox nə üçün darıxacağını açıqlayıb.

Allsport.az xəbər verir ki, 41 yaşlı amerikalı basketbolçu peşəkar idmandakı rəqabət mühitinin onun üçün əvəzolunmaz olduğunu bildirib:

“Ən çox rəqabət və atmosfer üçün darıxacağam. Televiziya və arenalar hansı oyunun böyük əhəmiyyət daşıdığını bilirlər. Mən şəhərə gələndə fərqli işıqları yandırırlar. Buna görə də mütləq darıxacağam.

Hamımız eyni məqsəd uğrunda mübarizə aparırıq – hissəni, oyunu, seriyanı və ya çempionluğu qazanmaq üçün. Bu hissi başqa heç yerdə tapa bilməzsən. Əlbəttə ki, bu yolda tökdüyün qan, tər və göz yaşları da yaddan çıxmır. Bütün bunlar həmin məqama çatmağın mükafatıdır. Məhz bunlar üçün darıxacağam”.

Həmin kateqoriyadan