- Baxış sayı: 37
- 03 Sentyabr 2026 23:36
- Baxış sayı: 51
- Sentyabr 01, 2026
- 0

“Mançester Siti” bir transfer pəncərəsində futbolçu keçidlərinə ən çox vəsait xərcləyən komanda olub.
Allsport.az xəbər verir ki, “şəhərlilər” yay transfer dövründə yeni futbolçuların alınmasına ümumilikdə 526 milyon avro xərcləyiblər.
Bununla da “Mançester Siti” 2025-ci ildə “Liverpul”un müəyyənləşdirdiyi 483 milyon avroluq rekordu geridə qoyub.
Komandanın ən bahalı transferi yarımmüdafiəçi Enso Fernandes olub. “Mançester Siti” onun keçidi üçün 145 milyon avro ödəyib. Bu transfer həm klub tarixinin ən bahalı keçidi, həm də futbol tarixində ən bahalı transferlərdən biri olub.
Yayda klubun heyətinə həmçinin Elliot Anderson (135 milyon avro), Ayub Buaddi (95 milyon), İliman Ndiaye (70 milyon), Allan (37,5 milyon), Matis Deturbe (25 milyon), Ceremi Monqa (11,7 milyon), qapıçılar Xeromino Ruli və Pirs Çarlz (hər biri 3,5 milyon avro) qatılıb.
“Mançester Siti” İngiltərə premyer liqasında ilk iki turdan sonra 6 xalla turnir cədvəlinə başçılıq edir.