Erik Ramos: “Əsas odur ki, “Neftçi”də birlik və özünəinam var”

“Neftçi”nin yarımmüdafiəçisi Erik Ramos klubun rəsmi saytına açıqlama verib. Allsport.az xəbər verir ki, paraqvaylı futbolçu Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində “İnter”ə məğlub olduqları görüşdən sonra bunları deyib:

“İnter”lə oyunun çətin keçəcəyini bilirdik. Erkən azlıqda qalmağımız oyunumuza mənfi təsir göstərdi. Hücumda istədiyimizi nümayiş etdirə bilmədik. Nəticə qazanmağı hamı kimi biz də istəyirik. Komandamız yeni qurulub. Azarkeşlərin bizdən qələbə gözlədiyini bilirik. Çünki ən çətin anlarda belə yanımızda olurlar. İstərdim ki, bir az səbrli olsunlar. Çempionatda cəmi iki tur oynanılıb. İndidən turnir cədvəlindəki yerimiz barədə qərar vermək çox tezdir. Əsas odur ki, komandamızda birlik və özünəinam var. Əmin ola bilərsiniz ki, biz məqsədimizə çatacağıq”.

Həmin kateqoriyadan