- Baxış sayı: 34
- 30 Avqust 2026 23:44
- Baxış sayı: 58
- Avqust 30, 2026
- 0

“İmişli”nin baş məşqçisi Fərid Namazov “Şəfa” ilə oyundan sonra fikirlərini bölüşüb.
Allsport.az xəbər verir ki, mütəxəssis matçın ağır keçəcəyini əvvəlcədən bildiklərini deyib:
“Oyunun ağır keçəcəyini bilirdik. Həftəboyu yaxşı hazırlaşırdıq. Oyunun böyük hissəsində üstünlük bizdə oldu. Narazı olduğum məqam odur ki, qol fürsətlərindən yararlana bilmədik.
Mükafatdan vacib olan prestij məsələsidir. Təbii ki, bununla bağlı müəyyən proseslər olur. Amma meydanda pullar rol oynamır. Mükafat məsələləri, əlbəttə, futbolun içində var. Lakin əsas prestij məsələsidir.
Bəlli reallıqlar var ki, böyük büdcəli klublarla aşağı büdcəli komandalar arasında fərqlər olacaq. Bu arada, “Sabah”ı da çempionlar liqasındakı çıxışına görə təbrik edirəm. Hədəfimiz daha yuxarı yerlər uğrunda mübarizə aparmaqdır”.