Eşitmə məhdudiyyətli gənclərin karateyə cəlb olunması üçün memorandum

“Karlara dəstək” ictimai birliyi və “Səssiz dünya” işarət dilində danışan əlillərə və idmançılara dəstək ictimai birliyinin təşəbbüsü ilə milli karate federasiyası eşitmə məhdudiyyəti olan yeniyetmə və gənclərin bu idman növü ilə məşğul olmağa cəlb edilməsinə aid əməkdaşlıq məqsədi ilə üçtərəfli anlaşma memorandumu imzalayıb.

Allsport.az xəbər verir ki, memorandumu federasiyanın prezidenti Yaşar Bəşirov, “Karlara dəstək” ictimai birliyinin sədri Kamran Abasov və “Səssiz dünya” işarət dilində danışan əlillərə və idmançılara dəstək ictimai birliyinin sədri Aidə Mövlud imzalayıb.

Tədbirin sonunda bir qrup eşitmə məhdudiyyətli gənc karateçiyə 7-ci kyu sarı kəmər və sertifikatlar təqdim olunub.

Həmin kateqoriyadan