Eşli Yanqın “Everton”la müqaviləsi neçə illik olacaq?

Eşli Yanqın “Everton”la müqaviləsi neçə illik olacaq?

Allsport.az xəbər verir ki, məşhur futbolçu Eşli Yanqın “Everton”la imzalayacağı müqavilənin təfərrüatları məlum olub.

38 yaşlı müdafiəçi və Mersisayd klubu 1 illik sözləşməyə qol çəkəcəklər. Ancaq müqavilənin 1 il uzadılması variantı da olacaq.

İngiltərəli futbolçunun son klubu iyunda ayrıldığı “Aston Villa” olub. O, əvvəllər “İnter”, “Mançester Yunayted” və “Votford”da da çıxış edib.

Həmin kateqoriyadan