“Euronews” Bakı-2015-ə hazırlıqla bağlı reportaj yayımlanıb

“Euronews” kanalında Bakı-2015-in hazırlıq işləri ilə bağlı reportaj yayımlanıb. Allsport.az saytı xəbər verir ki, reportajda Azərbaycan paytaxtı tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi edəcəyi vurğulanıb. Gələn il iyunun 12-dən 28-dək davam edəcək idman tədbirinə hazırlıq işləri, həmçinin Oyunların keçiriləcəyi idman obyektləri haqqında ətraflı məlumat verilib.

Bakıda Olimpiya Stadionunun inşasına da geniş yer ayrılan reportajda qeyd edilib ki, 68 mindən çox tamaşaçı tutumlu arenanın ərazisində parklar, eləcə də atletlər üçün təlim-məşq yerləri yaradılır.

Reportajda, həmçinin Bakının şimal-qərb hissəsində yerləşən Atletlər Kəndi haqqında da məlumat verilib. Bildirilib ki, Atletlər Kəndində idmançıların və komanda rəsmilərinin təhlükəsizliyi və rahatlığı üçün hər cür şəraitlə təmin ediləcək.

Həmin kateqoriyadan