- Baxış sayı: 37
- 15 İyul 2026 23:54
- Baxış sayı: 174
- İyul 15, 2026
- 0

İspaniya millisinin DÇ-2026-nın finalına yüksəlməsi xoşagəlməz hadisə ilə kölgədə qalıb.
Allsport.az xəbər verir ki, Lamin Yamalın Barselona ətrafında yerləşən evinə oğurluq cəhdi olub.
Hadisə yerli vaxtla səhər saat 04:00 radələrində, İspaniyanın yarımfinalda Fransaya 2:0 hesabı ilə qalib gəlməsindən cəmi bir neçə saat sonra baş verib.
Oğurluq cəhdinin qarşısı evin mühafizə xidmətinin sayıqlığı sayəsində alınıb. Nəzarət kameralarını izləyən mühafizəçi hasardan aşmağa çalışan iki nəfəri vaxtında görüb. Cinayətkarlar ifşa olunduqlarını anlayaraq polis hadisə yerinə çatmamış ərazidən qaçıblar və evə daxil ola bilməyiblər.
Bundan sonra Kataloniya polisi hadisə yerinə gəlib və araşdırmaya başlayıb. Hüquq-mühafizə orqanları həmin gecə ərazidə digər evlərə də oxşar oğurluq cəhdlərinin qeydə alındığını nəzərə alaraq, Yamalın evinin məqsədli şəkildə seçilib-seçilmədiyini araşdırır.