Eyni matçda

Eyni matçda

“İnter Mayami”nin argentinalı futbolçusu Lionel Messi və “Əl-Nəsr”də çıxış edən Kriştianu Ronaldu karyerasını başa vuran Karlos Tevesin vida matçında eyni komandada oynayacaqlar.

Allsport.az xəbər verir ki, bu barədə Karlos Teves özü açıqlama verib.

O, qarşılaşmanın 2026-cı ilin dekabrında Buenos-Ayresdəki “La Bombonera” stadionunda keçirilməsi planlaşdırıldığını bildirib:

“Messi və Ronaldunu eyni komandada görmək həmişə arzum olub. Onlar bütün zamanların ən böyük futbolçularıdır. Hər ikisi ilə əlaqə saxladım, xüsusilə də Ronaldu ilə danışdım. Ona dedim ki, vida matçımda sənin və Messinin eyni komandada oynamasını istəyirəm. Bütün dünyanın bir gün bu möcüzənin şahidi olmasını arzulayıram. O, razılaşdı. Leonu da razı salmaq çətin olmadı. Hər ikisi təklifimi qəbul etdi. Çox həyəcanlıyam, bu oyun çox emosional olacaq”.

Karlos Teves Argentina millisində Lionel Messi, “Mançester Yunayted”də isə Kriştianu Ronaldu ilə birlikdə çıxış edib.

Həmin kateqoriyadan