“Fənərbağça”nın ulduzlarına UEFA şoku

“Fənərbağça”nın ulduzlarına UEFA şoku

UEFA “Fənərbağça”nın futbolçuları Matteo Qenduzi ilə Meyson Qrinvudu cəzalandırıb.

Allsport.az xəbər verir ki, hər iki oyunçu çempionlar liqa pley-off mərhələsinin “Lion”la cavab matçındakı (2:1) davranışlarına görə cəzaya məruz qalıblar.

Qenduziyə 2-si şərti olmaqla 4 oyunluq cəza verilib. Bundan əlavə, fransalı yarımmüdafiəçi 50 min avro məbləğində cərimələnib. İngiltərəli cinah hücumçusu Qrinvud isə 1 oyunluq şərti cəza alıb. O, həmçinin 30 min avro cərimələnib.

“Lion”u məğlub edən “Fənərbağça” 18 il sonra UEFA çempionlar liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

Həmin kateqoriyadan