Fəqlənən karateçilər və onların məşqçiləri mükafatlandırıldı

Milli karate federasiyası yüksək nəticə göstərmiş milli komandaları mükafatlandırıb. Allsport.az saytı xəbər verir ki, 2021-ci ildə olimpiada ilə yanaşı 14 rəsmi və bir sıra digər beynəlxalq yarışlarda iştirak edən azərbaycan karateçilərinin 319 medal qazandığını, mükafatlar arasında 89 qızıl, 118 gümüş, 112 bürünc medal olub.

Bu nəticələr arasında para-karateçilərin uğurlu çıxışları və beynəlxalq hakimlərimizin sayının artdığını da diqqətə çatdıran AMKF prezidenti Yaşar Bəşirov, bütün bu nailiyyətlərin dövlət qayğısı sayəsində əldə edildiyini söyləyib. 

Görüşdə iştirak edən federasiyanın idarə heyətinin üzvü Füzuli Musayev karateçilərin nəticələrinin ilbəil artmasının uğurlu tendensiya olduğunu deyib. Hər zaman üzərlərində qayğı hiss etdiklərini bildirən məşqçilər, idmançılar və hakimlər onlara göstərilən etimadı bundan sonra da doğruldacaqlarını nəzərə çatdırıblar. 

Toplantının sonunda il ərzində müxtəlif yarışlarda nəticə göstərmiş idmançı və məşqçilərə müvafiq pul mükafatları təqdim edilib. 

Həmin kateqoriyadan