Fərid Əsgərov AMKF-in yeni vitse-prezidenti olub

Fərid Əsgərov səsvermə nəticəsində Azərbaycan Milli Karate Federasiyasının yeni 1-ci vitse-prezidenti olub. Allsport.az saytı xəbər verir ki, onu kollektivə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov təqdim edib. Dövlət rəsmisinin firkincə, AMKF hər zaman etimadı doğruldaraq yüksək nəticələr qazanan federasiyalardan biridir və bu olimpiya növündə yeni uğurların vacib olduğunu və seçkinin qarşıdakı yeni zəfərlərə müsbət təsir göstərəcək.

Ona göstərilən etimada görə təşəkkürünü bildirən yeni 1-ci vitse-prezident Fərid Əsgərov kollektivlə uğurlu əməkdaşlığa və qarşıya qoyulan hədəflərə birgə səylə çatacaqlarına ümid etdiyini söyləyib.

Karatenin inkişafına dövlət dəstəyinə görə bir daha təşəkkürünü çatdıran federasiya prezidenti Yaşar Bəşirov, qarşıdakı Olimpiya Oyunlarında böyük nəticəyə nail olmaq üçün bütün imkanları səfərbər etməyin vacibliyini bildirib. O, Fərid Əsgərova yeni işində uğurlar arzulayb, daha böyük nəticələr əldə etməyə inamlı olduğunu deyib.

Həmin kateqoriyadan