Fərid Mansurov: Bu cür yarışlar idmançılarımızın təcrübə toplamasında böyük rol oynayır

Bu gün Bakı idman sarayında gənclər və idman nazirliyinin və milli karate federasiyasının birgə təşkilatçılığı ilə 9-cu açıq Bakı çempionatının açılışı keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə çıxış edən GİN-in idman şöbəsinin müdiri Fərid Mansurov, ölkəmizdə bu cür mötəbər yarışların keçirilməsində iştirakçıların təcrübə toplamasında və Azərbaycanın idman ölkəsinə çevrilməsinə öz töhfəsini verdiyini deyib.

AMKF prezidenti Yaşar Bəşirov, öz növbəsində, ölkə başçısı İlham Əliyevin bədən tərbiyəsinə və idmana, o cümlədən idmanın karate növünə göstərdiyi diqqət və qayğıdan, idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurlardan söhbət açıb.

Azərtac.az-ın məlumatına görə, açılışdan sonra yeniyetmə, gənc və veteranlar kata yarışlarında, həmçinin 14-15 yaşlı yeniyetmə oğlan və qızlar isə kumitedə qüvvələrini sınayıblar. Tatamiyə, həmçinin 16-17 yaşlı yeniyetmələr də çıxıblar.

Veteran kişilər və qadınlar arasında da (35-45 və 46-55 yaş qrupu) yarış keçiriləcək. Turnirin sonuncu günündə  böyüklər (kişilər 60, 67, 75, 84 və +84 kq, qadınlar 50, 55, 61, 68 və +68 kq çəkilər) mübarizəyə qoşulacaqlar. Fərdi kata çıxışlarından sonra fərdi kumite yarışları da olacaq.

Həmin kateqoriyadan