Fərid Mansurov: “Karate olimpiya proqramına daxil olandan sonra rəqabət artıb”

Serbiyanın Novı Sad şəhərində keçirilən Avropa çempionatında karateçilərimiz 1 qızıl və 2 gümüş medal qazanıb.

Allsport.az saytı xəbər verir ki, bu gün Gənclər və İdman Nazirliyində qalib komanda ilə görüş oldu. Toplantıda çıxış edən nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov milli haqqında xoş söz dedi:

“Karate olimpiya proqramına daxil olandan sonra rəqabət artıb. Bu gərgin mübarizədə yığmamız öncüllüyünü qoruyur. Əminəm ki, bu, belə də davam edəcək. Avropa çempionatındakı nəticə bəyənilir”.

Həmin kateqoriyadan