Fərid Savadov qitə çempionu oldu

14-15 yaşlı yeniyetmələrdən ibarət seçmə komandanın üzvü Fərid Savadov (-57 kq, şəxsi məşqçisi Əziz Əzizov, seçmə komanda məşqçisi Anar Allahverdiyev) Avropa çempionu olub.

Allsport.az xəbər verur ki, finaladək monteneqrolu, serbiyalı, ukraynalı və kosovalı rəqiblərini məğlub edən perspektivli idmançımız həlledici görüşdə polşalı karateçiyə qalib gələrək, ilk dəfə çıxış etdiyi nüfuzlu yarışın qızıl medalını qazanıb.

Difər idmançılarımızdan Arina Bezrebra (+54 kq) və Həsənəli Həsənəliyev (kata) isə təsəlliverici mərhələnin bürünc medal uğurnda görüşündə qələbəni əldən veriblər.

Həmin kateqoriyadan