Fariz Nəcəfov “Qəbələ” idman klubunun olimpiya mükafatçısı ilə görüşüb

Fariz Nəcəfov “Qəbələ” idman klubunun olimpiya mükafatçısı ilə görüşüb

“Qəbələ”nin prezidenti Fariz Nəcəfov, bu idman klubunun üzvü Rafael Ağayevlə görüşüb. Allsport.az saytı xəbər verir ki, toplantıda 5-qat dünya və 11-qat Avropa çempionunun Tokio-2020 yay olimpiya oyunlarında çıxışı barədə fikir mübadiləsi aparılıb.

Karateçimizin 75 kq-da gümüş medal qazanması yüksək qiymətləndirib. Fariz Nəcəfov onu həm bu mükafat, prezidenti İlham Əliyev tərəfindən 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunması münasibətilə təbrik edib. Klub rəhbəri dünya karatesinin əfsanəsinə gələcək yarışlarda da uğurlar arzulayıb.

Karateçi, göstərilən dəstək üçün təşəkkür edib. O bundan sonra da bütün yarışlara uğurlarını artırmaq və üçrəngli bayrağımızı daim zirvələrdə dalğalandırmaq üçün yollanacağını söyləyib.

Həmin kateqoriyadan