Fazil Ələkbərov dünya şotokan federasiyanın birinci vitse-prezidenti seçildi

Naxçıvanda dünya şotokan federasiyası idarə heyəti üzvlərinin toplantısı keçirilib.

Allsport.az xəbər verir ki, iclasda qarşıda duran bir sıra məsələlər müzakirə edilib, nüfuzlu beynəlxalq təşkilatın daha məhsuldar fəaliyyəti üçün yeni təyinatlar olub.

Təbliğat işlərini gücləndirmək məqsədi ilə Sənan Məhərrəmov WSF-nin media işləri katibi, Vüqar Kərimov isə dünya şotokan federasiyasının rəsmi Azərbaycan nümayəndəsi təyin olunub.

Asad Delihasan dünya şotokan federasiyasının prezidenti, Fazil Ələkbərov 1-ci vitse-prezidenti, Yaşar Bəşirov, Kaxa Basiliya, Hayrettinin Hamurcu isə vitse-prezidenti seçilib. Ercument Taşdemir isə baş katib seçilib.

Yeni mərhələyə qədəm qoyan bu mötəbər beynəlxalq təşkilatın Asiyada 40 ölkə, Afrikada 48, Avropada isə 50 olmaqla 138 üzvü var. Okeaniya və PanAmerika dövlətlərinin də dünya şotokan federasiyasına üzv olması üzərində işlər gedir.

Həmin kateqoriyadan