FOTO
Federasiya Kubokunun qalibləri müəyyənləşdi

Azərbaycan Velosiped İdmanı Federasiyasının 2015-ci il üçün təqvim-planına əsasən, Veloparkda Kriterium ötüşmələri üzrə Federasiya Kuboku yarışı keçirilib. Allsport.az xəbər verir ki, 2 gün davam edən yarışda AVİF-in nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 70-dən artıq idmançısı mübarizə aparıb. Bundan başqa, yarışda həvəskar velosipedçilərdən ibarət “CycleMania” qrupunun üzvləri də iştirak edib.

Reqlamentə əsasən, Elit, U-23 və gənclər kateqoriyasında yarışan velosipedçilər uzunluğu 1600 metr olan dairəvi marşrut boyunca 30, U-17 yaş qrupunda 16, U-15 yaş qrupunda isə 8 dövrə vurublar. Hər 3 yaş kateqoriyasında qalib adını 8 saylı İdman Olimpiya Məktəbinin təmsilçiləri qazanıb. Mükafatçılar Federasiya tərəfindən medal, diplom, kubok və pul mükafatı ilə təltif ediliblər.

Elit/U-23/Gənclər (30 dövrə x 1600 m)

1. Kənan Qəhrəmanlı (8OEQİUGM)
2. Tərlan Məmmədov (SVİK)
3. Aqşin İsmayılov (BCP/OEQİUGVM)

U-17 (16 dövrə x 1600 m)

1. Mikayıl Səfərli (8OEQİUGM)
2. Bakir Dadaşov (OEQİUGVM)
3. Kərim Şirəliyev (LOKOMOTİV)

U-15 (8 dövrə x 1600m)

1. David Proherkus (8OEQİUGM)
2. Qadir Mustafayev (OEQİUGVM)
3. Ramazan Əliyev (ATASPORT)

Həmin kateqoriyadan