Fernandeş Ranolduya çatdı

Fernandeş Ranolduya çatdı

“Mançester Yunayted” İngiltərə premyer liqasının II turunda “İpsviç”i məğlub edib – 5:2.

Allsport.az xəbər verir ki, “qırmızı şeytanlar”ın heyətində Brunu Fernandeş üç qola imza atıb.

Portuqaliyalı yarımmüdafiəçi komandadakı het-trik sayında həmyerlisi Kriştianu Ronalduya çatıb. Hər iki oyunçu “Mançester Yunayted” formasıyla üç dəfə bunu bacarıb.

Brunu Fernandeş 2020-ci ildən İngiltərə təmsilçisində çıxış edir. O, ötən mövsüm premyer liqada ilin oyunçusu seçilib.

Kriştianu Ronaldu 2003-2009-cu illərdə “Mançester Yunayted”in formasını geyinib.

Həmin kateqoriyadan