FİF-dən “Şəfəq”ə dəstək

FİF-dən “Şəfəq”ə dəstək

Futbolun inkişaf fondunun nümayəndələri Qax rayonunda olublar.

Allsport.az saytı xəbər verir ki, səfərdə FİF-in icraçı direktoru Tural Piriyev və “Şəfəq” futbol klubunun rəhbəri Elçin Abidli icra başçısı Elvin Paşayev ilə görüşüblər.

Söhbət zamanı fondun “Şəfəq” FK ilə bağlı cari planları və mümkün dəstək imkanları barədə müzakirələr aparılıb.

Görüşdə “Şəfəq” FK-nın rəhbəri Elçin Abidli yerli ictimaiyyətin öz bölgə klubuna dəstəyini artırmaq məqsədilə Futbolun İnkişaf Fondu tərəfindən kluba ianə edilən 100 ədəd oyun köynəyinin satışa çıxarıldığını bildirib. Əldə ediləcək vəsait futbolçular üçün idman dəstlərinin alınmasına yönəldiləcək.

İcra başçısı bu təşəbbüsü yüksək qiymətləndib.

Həmin kateqoriyadan