- Baxış sayı: 13
- 03 Avqust 2026 23:08
- Baxış sayı: 238
- İyul 30, 2026
- 0

UEFA və daha iki qitə futbol konfederasiyası FİFA prezidenti Canni İnfantinonun istefasına nail olmağa çalışır.
Allsport.az xəbər verir ki, UEFA, Asiya futbol konfederasiyası (AFC) və Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi futbol konfederasiyası (KONKAKAF) İnfantino yenidən prezidentliyə namizəd olacağı təqdirdə FİFA-nın fəaliyyətini iflic edə biləcək strategiyalar hazırlayıb.
Tərəflər qurumun şura və komitələrinin iclaslarını boykot etməyə, eləcə də onun qərarlarını təsdiqləməməyə hazırdırlar. Bundan əlavə, alternativ beynəlxalq turnirlərin yaradılması variantı da müzakirə olunur. UEFA-nın 2017-ci ildə hazırladığı, lakin indiyədək həyata keçirilməyən qlobal millətlər liqası layihəsi də gündəmə gəlib.
Futbol qurumları İnfantinonun istefasında israrlıdır və bu baş verməsə, bütün mümkün addımlar atılacaq.